"EYOF Bakı-2019": Tribunalarda dostluq mühiti hökm sürür - idman gimnastikası yarışlarının tamaşaçısı


Digərləri 24 İyl 2019 22:56:00 201 0

"EYOF Bakı-2019": Tribunalarda dostluq mühiti hökm sürür -  idman gimnastikası yarışlarının tamaşaçısı

XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar yüksək səviyyədə keçir

Bakı. XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində idman gimnastikası üzrə yarışlar yüksək səviyyədə keçir. Bunu Trend-ə yarışların tamaşaçısı Günel Eyvazova deyib. G.Eyvazova bildirib: "İdman gimnastikası üzrə yarışları, idmançıların çətin hərəkətləri yerinə yetirməsini izləmək çox maraqlıdır. Tribunalarda pozitiv və dostluq mühiti hökm sürür. Biz yarışlarda iştirak edən bütün idmançılara azarkeşlik edirik". XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü keçirilib. İdman gimnastikası yarışlarının ikinci günündə qadın gimnastımız çoxnövçülük üzrə mübarizə aparıb. Yarışda Azərbaycanı Milana Minakovskaya təmsil edir.