Burundan qan açılanda necə kəsək? 5 dəqiqəyə qanaxmanı dayandıran üsullar


Digərləri 24 İyl 2019 22:35:00 245 0

Burundan qan açılanda necə kəsək?  5 dəqiqəyə qanaxmanı dayandıran üsullar

Burun qanaması xüsusi ilə isti havalarda tez-tez müşahidə edilir. Bəzən bu durumu ciddiyə almırıq. Burun qanaxmaları əksər zaman travma və ya yaralanma nəticəsində meydana çıxır. Normal burun qanaması zamanı zənn etdiyiniz kimi çox miqdarda qan axmaz. Lakin mütəxəssislər burun qanaxmasının altında təhlükənin də ola biləcəyini deyir. Burundan qan açılma zamanı nə edilməlidir, nələrə diqqət edilməldir?

Son.az medicina.az-a istinadən bildirir ki, burunun girişhissəsindəki damarların çox olması burun qanamasının ən sıx rastlanan səbəbidir. Öskürmə, burunu qurcalamaq, asqırma kimi damarları gücə salan məqamlar qanaxmaya şərait yaradır. Burunun arxa hissəsindən yaranan qanaxma isə diqqətə alınmalıdır. Bu qanaxma istisna hallarda olsa da, ciddi fəsadlara səbəb ola bilir. Bunun yüksək təzyiq, ürək-damar xəstəliyindən qaynaqlanan bir vəziyyət ehtimalı yüksəkdir.

Təkrarlanan burun qanaxmaları adətən ərgənlik çağında olur. Bir tərəfli qanaxma olduğu zaman ehtiyatlı olmaq, və mütləq həkimə getmək lazımdır. Çünki bu, qorxulu xəstəliklərin əlaməti ola bilər.

Qanaxma zamanı nə ediləməlidir?

•    Burundan qanaxma başlayıbsa ilkin olaraq bir neçə müdaxilə edilməlidir. Həmin şəxsin başını önə əyin, daha sonra burunun qabağına baş və işarə barmağı ilə təxminən 5-10 dəqiqə sıxın. Bu qanaxmanın dayanmağına kömək edir.  •    Qanı dayandırmaq üçün digər üsul isə buzdur. Əgər buz qoymaq istəsəniz, birbaşa dəriyə təmas etdirməyin, əvvəl parçaya büküb sonra buruna qoyun. Rahat olacağınız şəkildə düz oturun. Qanın burundan tam axması üçün başınızı önə doğru əyin. Qanaxma azalacaq.