DİM: Subbakalavrların ixtisas seçimi digər abituriyentlərlə birgə aparılır


Digərləri 24 İyl 2019 22:10:00 235 0

DİM: Subbakalavrların ixtisas seçimi digər abituriyentlərlə birgə aparılır

Bu il 14 mindən çox subbakalavr ali məktəblərə qəbul müsabiqəsində iştirak edir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə deyib.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, bu ildən subbakalavrlar ali məktəblərə imtahan vermədən qəbul oluna bilərlər:

"İxtisas seçimində subbakalavrlar da digər abituriyentlər kimi iştirak edəcəklər. Onların seçimi digər abituriyentlərlə eyni vaxtda aparılır".

Qeyd edək ki, subbakalavrlar müsabiqədə müvafiq ixtisas qrupları (müvafiq ixtisaslar) üzrə müəyyən edilən müsabiqə şərti (200 bal, bəzi ixtisaslar üzrə 150 bal) əsasında (qəbul imtahanı verən abituriyentlər yerləşdirildikdən sonra) iştirak edirlər.