Mənzilə oğurluğa gələn şəxs su borusuna düşdü, yanğınsöndürənlər xilas etdi


Dünya 24 İyl 2019 21:30:00 234 0

Mənzilə oğurluğa gələn şəxs su borusuna düşdü, yanğınsöndürənlər xilas etdi

İranın paytaxtı Tehranın Şəhrəke-Qərb məntəqəsində oğru mənzilə su kondisionerinin borusu vasitəsi ilə daxil olmaq istəyərkən, orada ilişib qalıb.

Bu barədə Trend İSNA-ya istinadən məlumat verib.

Məlumata görə, Tehranın yanğınsöndürmə mərkəzinin əməkdaşları məlumat əsasında həmin şəxsi kondisioner borusundan çıxarıblar.

Polis həmin şəxsi saxlayıb.