Rusiyalı Violetta İqnatyeva "EYOF 2019"un diskatma yarışının qalibi olub


Digərləri 24 İyl 2019 21:11:00 201 0

Rusiyalı Violetta İqnatyeva "EYOF 2019"un diskatma yarışının qalibi olub

İyulun 24-də "EYOF 2019" atletika yarışlarının üçüncü günündə qızlar arasında diskatma növündə qızıl medala rusiyalı Violetta İqnatyeva sahib olub

Bakı. İyulun 24-də "EYOF 2019" atletika yarışlarının üçüncü günündə qızlar arasında diskatma növündə qızıl medala rusiyalı Violetta İqnatyeva sahib olub. Trend-in məlumatına görə, onun nəticəsini (55,37 metr) digər atletlər keçə bilməyiblər. Gümüş medala 54,38 metr nəticə ilə almaniyalı Pia Northof layiq görülüb. İlk üçlüyü türkiyəli Özləm Becerek (53,43) tamamlayıb.