Nazirdən qorxunc açıqlama: “Bizə qarşı çıxanı doğrayaraq öldürəcəyik” FOTO


Dünya 24 İyl 2019 20:39:00 217 0

Nazirdən qorxunc açıqlama: “Bizə qarşı çıxanı doğrayaraq öldürəcəyik”  FOTO

Misirin miqrasiya naziri Nabila Makram Sisi rejimini tənqid edənləri doğrayaraq öldürməklə təhdid edib.

Makramın Torontoda qatıldığı iclasdakı çıxışı sosial medianın gündəminə düşüb.

Son.az musavat.com-a istinadən bildirir ki, iştirakçılardan biri tərəfindən çəkilən görüntülərdə Makram bunları söyləyib: 

"Bizim, sadəcə, bir ölkəmiz var, O da Misirdir. Misir bizi bir araya gətirən məfhumdur. O, hara getsək də, qəlbimizdə yaşayacaq. Bununla bağlı mənfi bir fikrə dözümümüz yoxdur. Misir əlehinə danışan hər kəs doğranacaq".

Makramın əlini boynuna aparaq göstərdiyi kəsmək işarəsindən sonra iclasdakı bir qrup insan təəccübünü gizlədə bilməyib. Digər qrup isə onun bu fikirlərini alqışlayıb.

Nazir Makranın bu çıxışının videosunu sosial mediaya yükləyən "Misirli Kanadalıların Demokratiya Koloniyası" adlı təşkilatın üzvləri nazirdən şikayətçi olublar.


Xəbərə aid foto