Ukraynada küçəyə Müslüm Maqomayevin adı verildi


Digərləri 24 İyl 2019 20:47:00 209 0

Ukraynada küçəyə Müslüm Maqomayevin adı verildi

Mərhum Xalq artisti Müslüm Maqomayevin adı Ukraynanın Dnepr şəhərindəki küçələrdən birinə verilib.

Son.az axşam.az-a istinadən bildirir ki, bu barədə Dnepr Şəhər Şurası bu gün qərar qəbul edib.

Bildirilir ki, bundan sonra Sobornı rayonundakı 8 mart küçəsi Müslüm Maqomayevin adını daşıyacaq.

Şəhərin meri Boris Filatov küçənin adının dəyişdirilməsinin azərbaycanlılara hədiyyə olduğunu vurğulayıb.