Azərbaycan yığmasının məşqçisi: Gimnastımız Minakovskaya Parsidə keçiriləcək Avropa çempionatına hazırlaşır


Digərləri 24 İyl 2019 20:45:00 183 0

Azərbaycan yığmasının məşqçisi: Gimnastımız Minakovskaya Parsidə keçiriləcək Avropa çempionatına hazırlaşır

Gimnastımız Minakovskaya Parsidə keçiriləcək Avropa çempionatına hazırlaşır

Bakı. Cani Babayeva - Azərbaycanın qadın gimnastikası üzrə milli yığmasının məşqçisi Prjemislav Lis "EYOF Bakı-2019"da idman gimnastikası üzrə yarışlarda idmançı Milana Minakovskayanın çıxışını normal qiymətləndirib. Fikirlərini Trend-ə söyləyən məşqçi bildirib: "Bu, Milana Minakovskayanın üçüncü yarışıdır. Bundan öncə o, Belçikada qadın idman gimnastikası üzrə beynəlxalq turnirdə və Macarıstanda yuniyorlar arasında dünya çempionatında çıxış etmişdi. Onun bügünkü çıxışını normal quymətləndirmək olar. Milana sərbəst hərəkətlərdə yaxşı çıxış etdi, qollarda olan hərəkətlərdə isə hələ çox işləməlidir ki, səviyyəsini qaldırsın". Milli yığmamızın məşqçisi, həmçinin qeyd edib ki, M.Minakovskaya 2020-ci ildə Parisdə keçiriləcək idman gimnastikası üzrə Avropa çempionatına iştirak üçün hazırlaşacaq. XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışların ikinci günü davam edir.