Azərbaycanda mobil rabitə operatorları 6 ayda 420 milyon manatdan çox gəlir əldə edib


Digərləri 24 İyl 2019 20:26:05 203 0

Azərbaycanda mobil rabitə operatorları 6 ayda 420 milyon manatdan çox gəlir əldə edib

2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 999,8 milyon manatlıq xidmət göstərib.

Bakı. Elçin Mehdiyev – 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 999,8 milyon manatlıq xidmət göstərib. Trend-in məlumatına görə, göstərilən xidmətin 72,1 faizi əhali tərəfindən istehlak olunub. 2018-ci ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 15,8 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 82,5 faizi qeyri-dövlət sektorunun payına düşüb.