Basketbolçuların yarışlarında B qrupunda mübarizəyə yekun vurulub


Digərləri 24 İyl 2019 20:14:00 188 0

Basketbolçuların yarışlarında B qrupunda mübarizəyə yekun vurulub

İyulun 24-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında həm oğlanların, həm də qızların mübarizəsində B qrupunun görüşləri başa çatıb.

Bakı. İyulun 24-də XV Avropa Gənclər Yay Olimpiya Festivalının basketbol yarışlarında həm oğlanların, həm də qızların mübarizəsində B qrupunun görüşləri başa çatıb. Trend-in məlumatına görə, oğlanların yarışında İspaniya basketbolçuları litvalı rəqiblərini 94:84 hesabı ilə məğlub ediblər. Qızların yarışında isə Çexiya seçməsi Polşa millisindən üstün olub – 80:51. Xatırladaq ki, oğlanların mübarizəsində B qrupunun daha əvvəl başa çatan görüşündə Yunanıstan millisi Türkiyə yığmasına 67:62 hesabı ilə qalib gəlib. Qızların yarışında isə B qrupunun digər görüşündə Macarıstan basketbolçuları Türkiyə təmsilçilərini böyük fərqlə - 62:39 hesabı ilə məğlub ediblər. Beləliklə, oğlanların yarışında B qrupuna 6 xalla İspaniya yığması başçılıq edir. Müvafiq olaraq, sonrakı pillələrdə qərarlaşan Türkiyə, Litva və Yunanıstan seçmələrinin hər birinin aktivində 4 xal var. Qızların mübarizəsində isə hər üç oyunda qalib gələn Çexiya yığması 6 xalla liderdir. Macarıstan seçməsi 5, Polşa yığması 4, Türkiyə millisi isə 3 xal toplayıblar.