Böyük Britaniyanın maliyyə naziri istefa verdi


Dünya 24 İyl 2019 18:45:00 208 0

Böyük Britaniyanın maliyyə naziri istefa verdi

Böyük Britaniyanın maliyyə naziri Filip Xammond istefa verdiyini bəyan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, o, istefa verməsi barədə özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, F.Xammond 2014-2016-cı illərdə Böyük Britaniyanın xarici işlər naziri olub. Krallığın maliyyə naziri postunda isə 2016-cı ildən çalışıb.