20 yaşlı reperin 55 il həbsi istənildi


Dünya 24 İyl 2019 18:34:00 252 0

20 yaşlı reperin 55 il həbsi istənildi

Məşhur amerikalı reper Tay-K polis tərəfindən saxlanılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi qətldə və zorakılıqda günahlandırılıb. Hazırda məhkəməsi davam edən reperin 55 il həbsi istənilib.

Tay təkcə həbs olunmaqla qalmayıb, 10 min dollar cərimə də ödəməlidir. Məhkəmə zamanı reperin insanlar arasında virus kimi yayılan, insanları qatilliyə səsləyən "The Race" klipi nümayiş edilib. Onun insanlar arasında adam öldürməyin, oğurluğun təbliğ etdiyi vurğulanıb.

Tay-K ilk dəfə 2016-cı ildə bir nəfəri öldürdüyü üçün həbs olunmuşdu. Həmin vaxt reperin 16 yaşı var idi. O, 2017-ci ildən evhəbsinə göndərilib. Bir çox hadisədə günahlandırılan Tay-K-nın əvvəlcə 99 il həbsi istənilib.