Turan Bayramov XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub


Digərləri 24 İyl 2019 18:26:00 208 0

Turan Bayramov XV Avropa Gənclər Olimpiya Festivalının çempionu olub

Azərbaycan çüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.

Bakı. Azərbaycan çüdoçusu Turan Bayramov Avropa Gənclər Olimpiya Festivalında 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb. Trend-in məlumatına görə, idmançımız finalda rusiyalı Rizvan Maqomedova ipponla qalib gələrək çempion olub. T.Bayramov finala gedən yolda Adam Saferini (Avstriya), yunanıstanlı Mikis Tontimidisi məğlub edərək yarımfinala yüksəlib. O, həlledici qarşılaşmaya vəsiqə uğrunda türkiyəli Muhammed Demireli məğlubiyyətə uğradıb.