"BNA, nolub ala?


Şou-biznes 24 İyl 2019 17:50:00 235 0

"BNA, nolub ala?

Bakı Nəqliyyat Agentliyi (BNA) tanınmış aktyor-şoumen Elcan Rəsulovu cərimələyib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb. Aktyor qeyd edib ki, agentliyin kameraları onun şəklini avtomobildən düşərkən çəkib:

"BNA, nolub ala?  Maşından düşən yerdə şəklimi çəkib. İş orasıdır ki, sonra fikrimi dəyişib, yenidən oturmuşam maşında. Elə otura-otura gördüm mesaj gəldi ki, 20 AZN cərimə olundunuz". 

Aktyorun paylaşımının şərh bölümünə BNA haqqında tənqidi, hətta xoşagəlməz ifadələr yazılıb.