Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd ediləcək


Siyasət 24 İyl 2019 16:37:41 71 0

Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd ediləcək

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"2019-cu ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yarandığı vaxtdan etibarən klassik ənənələrə əsaslanmaqla yanaşı, müasir səhnə mədəniyyətinin zirvələrinə doğru inamla irəliləyərək qısa müddətdə zəngin inkişaf yolu keçmişdir. Ötən dövr ərzində görkəmli nailiyyətlər qazanan Teatr xalqın ədəbi sərvətinə çevrilmiş və ölkənin ictimai-mədəni həyatında layiqli mövqe tutmuşdur.

Sənətsevərlər Azərbaycan dramaturgiyasının bütün diqqətəlayiq nümunələri ilə məhz Akademik Milli Dram Teatrının dolğun repertuarı sayəsində yaxından tanış olmaq imkanı əldə etmişlər. Milli Dram Teatrı, eyni zamanda, dünya dramaturji irsində fəxri yer tutan və ümumbəşəri ideallar ifadə edən qiymətli əsərləri səhnələşdirməklə Azərbaycan səhnə sənətinin dünya mədəniyyəti ilə daha da yaxınlaşmasında fəal rol oynamışdır. Teatrın səhnəsində bədii-estetik dəyəri ilə seçilərək uzun illər repertuardan düşməyən və böyük uğurla nümayiş etdirilərək tamaşaçı yaddaşında silinməz iz qoyan həmin əsərlər ölkə teatrı salnaməsinin parlaq səhifələrini təşkil edir.

Milli Dram Teatrında Azərbaycan səhnəsinin ən qüvvətli aktyorlar nəsli yetişmişdir. Mirzəağa Əliyev, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov, Hökümə Qurbanova, İsmayıl Osmanlı, Fatma Qədri, Barat Şəkinskaya, Leyla Bədirbəyli, Məmmədrza Şeyxzamanov, Həsənağa Turabov və digər qüdrətli sənətkarların Teatrın səhnəsində misilsiz ustalıqla canlandırdıqları çox sayda koloritli, mükəmməl obrazlar Azərbaycan mədəniyyəti və teatrı tarixinə qızıl xətlə yazılmışdır.

Teatrın səhnə həyatı verdiyi mütərəqqi ideyalı əsərlərin cəmiyyətdə yüksək mənəvi keyfiyyətlərin təlqin olunması və estetik zövqün formalaşdırılmasında, xüsusən gənc nəslin vətənpərvərlik və əxlaqi dəyərlərə bağlılıq ruhunda tərbiyəsində mühüm rolu vardır. Teatr, həmçinin beynəlxalq festivallardakı çıxışları ilə ölkənin mədəni nailiyyətlərinin təbliğində yaxından iştirak etmişdir. Hazırda öz inkişafının yeni mərhələsinə qədəm qoymuş Teatr Azərbaycanın özünəməxsus teatr ənənələrinin qorunub saxlanılmasında və dövlətin mədəniyyət siyasətinin gerçəkləşdirilməsində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməkdədir".

Sərəncama əsasən, Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təkliflərini nəzərə almaqla, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Prezident İlham Əliyev gənclərlə iş və idman sahəsində çalışan şəxsləri təltif edib like
  • 24 İyl 16:35  
Digərləri Prezident İlham Əliyev gənclərlə iş və idman sahəsində çalışan şəxsləri təltif edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclərlə iş və idman

arrow Ətraflı
Cahil və uğursuzlar dəstəsinin davası bəlli: like
  • 24 İyl 16:34  
Siyasət Cahil və uğursuzlar dəstəsinin davası bəlli:

Azərbaycan müxalifəti niyə zəif, zavallı, gücsüz durumdadır? Hakimiyyə

arrow Ətraflı
Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM like
  • 24 İyl 16:32  
Digərləri Akademik Milli Dram Teatrının 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 10

arrow Ətraflı
Turizm əhəmiyyətli GəncəGöygöl avtomobil yolu yenidən qurulur  FOTO like
  • 24 İyl 16:29  
Digərləri Turizm əhəmiyyətli GəncəGöygöl avtomobil yolu yenidən qurulur FOTO

Respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 38,4 kil

arrow Ətraflı
Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır like
  • 24 İyl 16:27  
Digərləri Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin baz

arrow Ətraflı
Səfir: ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir like
  • 24 İyl 16:25  
Siyasət Səfir: ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir

"ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə d

arrow Ətraflı
Antisanitar şəraitdə fəaliyyət göstərən növbəti limonad sexi aşkarlandı  FOTO like
  • 24 İyl 16:22  
Digərləri Antisanitar şəraitdə fəaliyyət göstərən növbəti limonad sexi aşkarlandı FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ər

arrow Ətraflı
Əli Əhmədov: Bir çox məsələlərdə ABŞ və Azərbaycanın maraqları üstüstə düşür like
  • 24 İyl 16:20  
Siyasət Əli Əhmədov: Bir çox məsələlərdə ABŞ və Azərbaycanın maraqları üstüstə düşür

Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra ka

arrow Ətraflı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaret və spirtli içkilər aşkarlanıb (FOTO) like
  • 24 İyl 16:17  
Digərləri Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaret və spirtli içkilər aşkarlanıb (FOTO)

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə d

arrow Ətraflı
"Mercedes" aşdı  Ölən və xəsarət alanlar var like
  • 24 İyl 16:12  
Digərləri "Mercedes" aşdı Ölən və xəsarət alanlar var

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur (FOTO) like
  • 24 İyl 16:09  
Digərləri Turizm əhəmiyyətli Gəncə-Göygöl avtomobil yolu yenidən qurulur (FOTO)

Ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyy

arrow Ətraflı
Makiyajsız, çilli Oksana like
  • 24 İyl 16:09  
Şou-biznes Makiyajsız, çilli Oksana

Rəqqasə Oksana Rəsulova makiyajsız fotolarını izləyiciləri ilə bölüş

arrow Ətraflı
Səfir: ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir like
  • 24 İyl 16:04  
Digərləri Səfir: ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstəkləyir

ABŞ Azərbaycanın müstəqilliyini və suverenliyini qəti şəkildə dəstək

arrow Ətraflı
Alkoqoldan zəhərlənən caz kraliçası like
  • 24 İyl 16:01  
Digərləri Alkoqoldan zəhərlənən caz kraliçası

Emi Vaynhaus - əsrarəngiz səs və möhtəşəm caz qırtlağı, qısa musiqi

arrow Ətraflı