Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır


Digərləri 24 İyl 2019 16:27:00 191 0

Yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu başa çatır

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu prosesi iyunun 25-də başa çatır.

Bakı. İlhamə İsabalayeva - Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə elektron sənəd qəbulu prosesi iyunun 25-də başa çatır. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, veb dizayner və proqram təminatçısı və avtomatika ixtisasları üzrə 1 illik proqramlarda təhsil almaq mümkündür. Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər http://bsiic.edu.az/ saytı vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.