"Mercedes" aşdı Ölən və xəsarət alanlar var


Digərləri 24 İyl 2019 16:12:00 218 0

"Mercedes" aşdı  Ölən və xəsarət alanlar var

Lənkəran rayonunun Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, iyulun 23-də saat 18 radələrində Lənkəran rayonunun Girdəni kəndi ərazisində Bakı şəhər sakini V.Əzizov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Azadə Məmmədova hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.