İrandan XƏBƏRDARLIQ: 60 gün sonra...


Dünya 24 İyl 2019 15:48:00 231 0

İrandan XƏBƏRDARLIQ: 60 gün sonra...

"İran nəticə əldə edə bilməzsə, 60 gün sonra Hərtərəfli Birgə Fəaliyyət Planı ilə bağlı növbəti addımı atacaq".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, İran Avropa ölkələri və digər ölkələrlə təmaslarını davam etdirir. Lakin bu günədək münasib nəticə əldə olunmayıb.

İran Prezidenti əlavə edib ki, tərəflərin irəli sürdüyü təkliflər balanslı deyildi, siyasi fəaliyyətlər davam etdiriləcək.