Kassa çeklərini tələb etmək hər kəsin vətəndaşlıq məsuliyyətinə çevrilməlidir


Digərləri 24 İyl 2019 15:48:20 218 0

Kassa çeklərini tələb etmək hər kəsin vətəndaşlıq məsuliyyətinə çevrilməlidir

Ticarət obyeklərində alğı-satqı zamanı kassa çeklərinin vurulması dövlətin, eləcə də hər bir vətəndaşın maraqlarını ifadə edir və bu məsələdə vətəndaşlardan ciddi fəallıq tələb olunur

Bakı. Ticarət obyeklərində alğı-satqı zamanı kassa çeklərinin vurulması dövlətin, eləcə də hər bir vətəndaşın maraqlarını ifadə edir və bu məsələdə vətəndaşlardan ciddi fəallıq tələb olunur. Trend-in məlumatına görə, bu barədə Vergilər Nazirliyinin yaydığı maarifləndirici məlumatda deyilir. Qeyd edilir ki, Məsələnin digər tərəfi isə iri ticarət şəbəkələrində, ictimai iaşə obyeklərində müştərilərə təqdim olunan çeklərin kassa çeki olub-olmaması ilə bağlıdır. Bir çox iri ticarət şəbəkələri, restoran və kafelər alıcılara kassa çeki əvəzinə "barkod" təqdim edirlər. "Barkod"un çekdən fərqi Ticarət və ictimai iaşə obyeklərində nağd alış-verişlərin rəsmiləşdirilməsinin yeganə vasitəsisi olan kassa çekləri ilk növbədə vətəndaşların hüquqlarının təmin olunması üçün əsas verir. Əgər alıcılar aldıqları maldan və ya xidmətdən narazı qalarlarsa, hüquqlarının bərpası üçün müvafiq orqanlara müraciət edə bilərlər. Bu zaman onlara yalnız kassa çekləri yardım edə bilər. Alıcılara çek adı ilə təqdim edilən "barkod"ların isə heç bir hüquqi əsası yoxdur. Bəs onları kassa çekindən neçə fərqləndirmək olar? Vergi Məcəlləsinin 50.7-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirməlidirlər. Məcəllənin 50.8-ci maddəsinə əsasən, nəzarət-kassa aparatının çeklərində aşağıdakı məlumatlar olmalıdır: - vergi ödəyicisinin adı; - VÖEN-i; - çekin vurulması tarixi və saatı; - təsərrüfat subyektinin (obyektinin) adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan;