"Nissan" 10 min əməkdaşını işdən çıxaracaq


Dünya 24 İyl 2019 15:23:00 276 0

"Nissan" 10 min əməkdaşını işdən çıxaracaq

Yaponiyanın "Nissan" avtokonserni 10 min əməkdaşını işdən çıxarmağı düşünür.

Son.az Trend-ə istinadən xəbər verir ki, işdən çıxarılmanın konkret Yaponiya deyil, bütün dünya üzrə əhatə olunacağı qeyd edilir.

Bu qərarın şirkətin maliyyə vəziyyətinin pisləşməsi ilə əlaqəli olduğu vurğulanır. Ötən il əsas fəaliyyətdən əldə olunan əməliyyat gəlirlərinin 40 faiz azaldığı bildirilir.

Qeyd edək ki, hələ may ayında 4800 nəfərin işdən azad ediləcyi barədə elan olunmuşdu. Ekspertlər hazırda vəziyyətin daha da ağırlaşması ilə bu rəqəmin 2 dəfə artırıldığını bildirirlər.