TANAP nüfuzlu mükafata layiq görülüb FOTO


Digərləri 24 İyl 2019 15:30:00 303 0

TANAP nüfuzlu mükafata layiq görülüb  FOTO

Transanadolu qaz kəməri (TANAP) layihəsinin sosial və ekoloji investisiyalar proqramı "Sabit inkişaf" kateqoriyasında nüfuzlu mükafata (International CSR Excellence Awards) layiq görülüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı konsorsium xəbər verib.

Məlumata görə, mükafatlandırma mərasimi iyulun 22-də Londonda, Dram Sənəti Kral Akademiyasında (RADA) keçirilib.

Qeyd edək ki, TANAP Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir.

İyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi münasibətilə təntənəli mərasim keçirilib.


Xəbərə aid foto