Ukraynalı gimnastlar: Milli Gimnastika Arenasında mühit çox əladır


Digərləri 24 İyl 2019 15:15:00 266 0

Ukraynalı gimnastlar: Milli Gimnastika Arenasında mühit çox əladır

Milli Gimnastika Arenasında mühit çox əladır

Bakı. Cani Babayeva - Bakıda Milli Gimnastika Arenası çox gözəldir. Trend-in məlumatına görə, bunu "EYOF Bakı-2019"da idman gimnastikası üzrə təsnifat yarışlarında iştirak edən Ukrayna gimnastları Darya Murjak və Yelizaveta Qubareva deyib. Ukraynalı idmançı bildirib: "İlk dəfədir Bakıdayam, Milli Gimnastika Arenası çox gözəldir, bəyəndim. Tamaşaçılar da çox fəal azarkeşlik edir, dəstəkləyirlər. Ötən gün idman gimnastikası üzrə kişilərdən ibarət milli yığmamız birinci yeri qazandı, bu qələbə bizi çox sevindirdi". D.Murjak "EYFO Bakı-2019"da çıxışını normal qiymətləndirdiyini deyib: "Əlbəttə, daha yaxşı çıxış edə bilərdim, amma bəzi tapşırıqları düzgün etmədim. Qollarda hərəkətləri isə daha yaxşı etdim". Y.Qubareva qeyd edib ki, onun üçün hər bir yarış vacibdir. Ukraynalı gimnast əlavə edib: "Bu gün o qədər də yaxşı çıxış etmədim, yıxıldım. Sərbəst hərəkətlərdə daha yaxşı çıxış edə bilərdim və yaxşı nəticə göstərə bilərdim, amma alınmadı". Ukraynalı gimnast Bakıda Milli Gimnastika Arenasını çox bəyəndiyini, tamaşaçaların səmimi olduğunu da xüsusi vurğulayıb. Y.Qubareva deyib: "Bakıda bir qədər gəzmək imkanımız oldu, insanları çox mehribandır".