Metroda yeniyetmənin pulunu alıb qaçan Şamaxı sakini tutulub


Digərləri 24 İyl 2019 15:05:00 272 0

Metroda yeniyetmənin pulunu alıb qaçan Şamaxı sakini tutulub

Dələduzluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb.

Bakı. Dələduzluq etməkdə şübhəli bilinən Şamaxı rayon sakini saxlanılıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 23-də metronun “28 May” stansiyasının qarşısında naməlum şəxs Bakı şəhər sakini olan bir yeniyetməni aldadıb 1200 manatını alıb. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini H.Niftəliyev saxlanılıb.