A-Qroup-un sığorta mükafatı yenə də artdı


Digərləri 24 İyl 2019 15:05:00 265 0

A-Qroup-un sığorta mükafatı yenə də artdı

24 il sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2019-un birinci yarım ili üçün nəticələri açıqlayıb.

Bakı. 24 il sığorta bazarında uğurlu fəaliyyət göstərən A-Qroup 2019-un birinci yarım ili üçün nəticələri açıqlayıb. Bu ilin altı ayının maliyyə hesabatına görə sığorta haqlarının həcmi 4 291 092,50 AZN təşkil edərək keçən ilin hesabat dövrü ilə müqayisədə 983 791,30 AZN çox olmuşdur və bu da müqayisədə 30 % artım deməkdir. Ənənəvi olaraq ümumi yığımların böyuk hissəsi 3 280 237,64 AZN olmaqla Könüllü Tibbi Sığorta üzrə olub. KASKO üzrə sığorta haqları 2 dəfədən artıq, əmlak üzrə isə 2,5 dəfə artıb və bu da şirkətin sabit müsbət dinamikasını nümayiş etdirir. 2019-un birinci yarım ili ərzində A-Qroup-un sığortalıları 4 112 955,82 AZN məbləğində ödəniş alıblar. Ödənişlərin böyük qismi könüllü tibbi sığortanın payına düşərək 3 998 997,55 AZN təşkil edib.