Traktor aşdı:


Dünya 24 İyl 2019 14:34:00 256 0

Traktor aşdı:

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda traktorun aşması ölümlə nəticələnib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Xuzistan vilayətinin Əndika rayonu təcili yardım idarəsinin rəhbəri Mahmud Vərnaseri deyib.

M.Vərnaserinin sözlərinə görə, hadisə nəticəsində 2 qadın həlak olub, 1 qız uşağı yaralanıb.

Qeyd edək ki, İranın Xuzistan vilayətinin Əndika rayonu yollarının çətin və keçilməz olduğuna görə, bəzən sərnişinlərin daşınması üçün traktordan istifadə olunur. Bu məsələ dəfələrlə ölümlə nəticələnən hadisələrə səbəb olub.