II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində (FOTO)


Digərləri 24 İyl 2019 13:05:10 225 0

II ixtisas qrupu üzrə 600+ bal toplayanlar “UNEC-i tanı” layihəsində (FOTO)

İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək olmaq məqsədilə start verilən “UNEC-i tanı” layihəsi uğurla davam edir.

Bakı. İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək olmaq məqsədilə start verilən “UNEC-i tanı” layihəsi uğurla davam edir. Layihə çərçivəsində 300-ə yaxın abituriyentə UNEC-dəki fakültələr, ixtisaslar, keçid balları barədə ətraflı məlumat verilir. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstərilir. Azərbaycanın regionunda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlərin müraciətləri isə UNEC-in rəsmi Facebook səhifəsində cavablandırılır. Layihədə ölkənin aparıcı məktəbləri ilə yanaşı, region məktəblərinin məzunları da iştirak edirlər. Onların arasında II ixtisas qrupu üzrə 600-dən yüksək bal toplayan abituriyentlər üstünlük təşkil edib. Avropanın aparıcı universitetlərinin diplomuna UNEC-də sahib olmaq imkanı abituriyentlərin xüsusi marağına səbəb olub. Onlar 4 il ərzində London Universiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti və Fransanın Paris şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan ICD Beynəlxalq Biznes Məktəbinin diplomunu qazanmaq imkanını böyük şans kimi dəyərləndiriblər. Abituriyentlərin diqqətinə çatdırılıb ki, 600 və daha yüksək bal toplayanlar, eləcə də beynəlxalq olimpiada qalibləri arasında UNEC-i seçənlər bir semestr boyu hər ay 100 AZN məbləğində təqaüd qazanmaq şansı əldə edəcəklər.