EYOF: Azərbaycan atleti finala yüksəlib


Digərləri 24 İyl 2019 12:57:34 210 0

EYOF: Azərbaycan atleti finala yüksəlib

Atletlərdən qadınların üç təkanla tullanma yarışında Azərbaycan atleti Sabrina Jralova finala vəsiqə qazanıb.

Bakı. Atletlərdən qadınların üç təkanla tullanma yarışında Azərbaycan atleti Sabrina Jralova finala vəsiqə qazanıb. Trend-in məlumatına görə, o, təsnifat mərhələsində 12,23 metr nəticə göstərib. Final iyulun 26-da baş tutacaq. Lamiyə Vəliyeva isə 200 metr məsafəyə qaçışda I mərhələdə 25,06 saniyə nəticə ilə 20 atlet arasında 14-cü yeri tutub. Oğlanların mübarizəsində eyni məsafəyə qaçışda Əli Abdıyev (22.63 san) 19 iştirakçı arasında 14-cü olub və hər iki idmançı mübarizəni dayandırıb.