Traktor aşdı, 2 qadın öldü


Digərləri 24 İyl 2019 12:21:00 221 0

Traktor aşdı, 2 qadın öldü

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda traktorun aşması ölümlə nəticələnib.

Bakı. Elnur Bağışov - İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əndika rayonunda traktorun aşması ölümlə nəticələnib. Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayətinin Əndika rayonu təcili yardım idarəsinin rəhbəri Mahmud Vərnaseri deyib. M.Vərnaserinin sözlərinə görə, hadisə nəticəsində 2 qadın həlak olub, 1 qız uşağı yaralanıb.