AMEA-nın xaricə ixrac etdiyi mallar gömrük nəzarətindən daha rahatlıqla keçəcək


Digərləri 24 İyl 2019 11:13:00 271 0

AMEA-nın xaricə ixrac etdiyi mallar gömrük nəzarətindən daha rahatlıqla keçəcək

Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib.

Bakı. İlhamə İsabalayeva – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkına Dövlət Gömrük Komitəsinin “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ verilib. Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA-nın Yüksək Texnologiyalar Parkına “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ Dövlət Gömrük Komitəsinin sərəncamı ilə ixrac əməliyyatları üzrə verilib. Bu qərar Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 2.3-cü bəndinə əsasən verilib.