“Audi”dən şad xəbər və xəbərdarlıq (FOTO/VİDEO)


Digərləri 24 İyl 2019 11:00:00 314 0

“Audi”dən şad xəbər və xəbərdarlıq (FOTO/VİDEO)

Son zamanlar Bakıda ehtiyat hissələrinin rəsmi nümayəndəliklərdən əlavə, digər kənar şəxslər tərəfindən satılması halları artıb.

Bakı. Son zamanlar Bakıda ehtiyat hissələrinin rəsmi nümayəndəliklərdən əlavə, digər kənar şəxslər tərəfindən satılması halları artıb. Bununla bağlı "Audi" Bakı mərkəzinin marketinq meneceri Xanım Orucova danışıb. O bildirib ki, son zamanlar şəhərimizdə bir sıra mağazalarda “orijinal” adı altında ehtiyat hissələrinin satışı intensivləşib: “Müştəriləri qiymətlə cəlb edib, “dublikat” hissələri orijinal qutularda satılır. Biz “Audi” və bütün avtomobillərin sahiblərinə müraciət edərək bildiririk ki, həmin ehtiyat hissələri orijinallıqdan xeyli uzaqdır. Bu ehtiyat hissələri nəinki avtomobilinizə mənfi təsir göstərir, bundan əlavə sizin və ətrafdakı insanların həyatını da riskə atır. Statistikaya baxsaq görürük ki, Azərbaycanda baş verən qəzaların 40 faizi təəssüf ki ölümlə nəticələnir. Avropada isə bu say cəmi 2 faizdir. Üstünlük təşkil edən qəza səbəbləri düzgün xidmət olunmayan nasaz köhnə avtomobillər və saxta ehtiyat hissələrinin fəsadlarıdır, biz bu hissələrin çox qısa bir zamanda hansı vəziyyətə düşdüyünü və hansı təhlükə yarada biləcəyini dəfələrlə müştərilərə göstərmişik. Həmçinin təhlükə barədə ətraflı məlumat veririk ki, gələcəkdə bu cür ehtiyat hissələrindən sürücülər uzaq dursunlar və qiymətə aldanmasınlar”. X. Orucova “Audi” Bakı mərkəzi haqqında yayılan şaiyələrə də münasibət bildirib. O bildirib ki, “Bəzi mağalar istehsalçının müvəqqəti yaranmış loqistika problemi nəticəsində bizim bəzi ehtiyat hissələrimizin gecikməsini bəhənə edərək "Audi" Bakı Mərkəzinin adından müxtəlif şayələr yayaraq özlərinə müştəri cəlb etməyə çalışırlar. Biz bütün olanlara son vermək və "Audi" sahiblərinə düzgün məlumatları özümüz çatdırmaq qərarına gəldik və bu hallarla mübarizəyə start verdik”. Hətta mən bir şad xəbəri də bildirim ki, üzümüzə gələn ildə "Audi" servis Sumqayıt və Gəncə şəhərində fəaliyyətə başlayacaq. Bu bölgələrdə yaşayan "Audi" sahibləri artıq uzun məsafə qət etmədən avtomobillərini dövri texniki xidmətdən keçirə biləcəklər. Bundan əlavə, qeyd edim ki, "Audi" Bakı Mərkəzi daxili bazarda daim yeniliklərə imza atıb və növbəti şad xəbər isə çox yaxın bir zamanda zəmanəti bitmiş "Audi" modellərinə ödənişli əsaslarla zəmanət artırılması xidməti olacaq. Müştərilər simvolik bir məbləğ ödəməklə idarə etdikləri avtomobili növbəti il üçün zəmanətə sala biləcəklər. Bunun üçün sadəcə vaxtı vaxtında dövri texniki xidmətdən keçmək tələb olunur Müştərilər müəyyən bir simvolik məbləğ ödəməklə öz avtomobillərinin zəmanətini bir il daha artıra bilərlər. Əlbəttə, bununla bərabər dövri texniki baxış da keçirmək mütləqdir.