Bu 3 suala cəmi 17% insan düzgün cavab verib


Digərləri 24 İyl 2019 10:25:00 241 0

Bu 3 suala cəmi 17% insan düzgün cavab verib

Cəmi üç sualdan ibarət olan IQ-test Massaçusets Texnologiya İnstitutunun professoru Şeyn Frederik tərəfindən 2005-ci ildə tərtib edilsə də, yalnız son günlərdə populyarlıq qazanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, insanın intellektual bacarıqlarının səviyyəsini müəyyən edən testə aşağıdakı suallar daxildir:

Tennis raketkası ilə tennis topunun qiyməti cəmi 1,10 dollardır. Raketka topdan 1 dollar bahadır. Top qiyməti nə qədərdi?

Tekstil fabrikinin beş maşını beş geyimi beş dəqiqəyə istehsal edir. 100 maşın 100 geyimi neçə dəqiqəyə istehsal edər?

Göldə suzanbağıları bitir. Hər gün onların sayı iki dəfə artır. Məlumdur ki, suzanbağıları bütün gölün üstünü 48 günə örtəcək. Gölün yarısını örtmək üçün suzanbağılarına neçə gün lazımdır?