Pakistanda partlayış: Ölənlər var


Dünya 24 İyl 2019 08:53:00 230 0

Pakistanda partlayış: Ölənlər var

Pakistanın Kvetta şəhərində bomba partladılıb.

Son.az Trend-ə istinadən bildirir ki, partlayış nəticəsində 2 nəfər ölüb, daha 16-sı yaralanıb.

Belə ki, cinayəkarlar motosikletə bomba yerləşdirərək onu aptekin yanında saxlayıblar.

Partlayış nəticəsində xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.