Şimali Koreya Rusiya gəmisini saxlayıb


Dünya 24 İyl 2019 08:59:00 259 0

Şimali Koreya Rusiya gəmisini saxlayıb

Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə iyulun 17-də dənizdə ov zamanı baş verib.

Belə ki, Koreya sərhəd mühafizəçiləri Rusiyanın "Şimal-şərqi balıqçılıq şirkəti" MMC-yə məxsus "Syanxaylin-8" gəmisini saxlayıb. Gəmidə 17 dənizçi olub. Dənizçilərə gəmidən çıxmağa icazə verilmir.

Gəminin hansı səbəbdən saxlanılması məlum deyil.