ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyanı müzakirə edib


Digərləri 24 İyl 2019 08:04:28 198 0

ABŞ prezidenti Türkiyəyə qarşı sanksiyanı müzakirə edib

ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan senat üzvləri ilə Rusiyadan S-400 raket sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib

Bakı. ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan senat üzvləri ilə Rusiyadan S-400 raket sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib. Trend-in xəbərinə görə, bununla bağlı Ağ Ev məlumat yayıb. Məlumatda deyilir: “Bu görüş Rusiyadan raket kompleksləri alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub”, - deyə məlumatda qeyd olunub.