Onkoloji xəstəliklərin müalicəsində yeni metodun hansı əhəmiyyəti var?
Digərləri 24 İyl 2019 07:14:00 56 0
Mütəxəssislər bu sahədə yaradılan istənilən metodu mühüm addım kimi qiymətləndirirlər
Bu xəbəri də oxu: Yasamalda naməlum kişi meyiti tapılıb (FOTO)
Son.az kaspi.az-a istinadən yazını təqdim edir.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Biofizika İnstitutu Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi ilə birgə süni intellekt vasitəsilə onkoloji xəstələri müəyyən edə bilən yeni metod hazırlayıb. Trend-in məlumatına görə, AMEA-nın Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov deyib ki, onkoloji və neyrodegenerativ xəstəliklər müasir biotibbin ən prioritet istiqamətlərindəndir.
İqtisadi cəhətdən inkişaf etmiş əksər ölkələrdə ölüm səbəblərinin strukturunda bədxassəli şişlərin 18-23 faizlə ikinci yeri tutduğunu deyən natiq dünya əhalisinin təxminən 10 faizinin yaşla əlaqəli neyrodegenerativ xəstəliklərdən əziyyət çəkdiyini əlavə edib: "Bu xəstəliklərin hər birində genetik, stress və başqa amillər mühüm rol oynayır. Bu çoxamilli xəstəliklərin yaratdığı tibbi-sosial problemləri həll etmək üçün yeni innovativ, multidissiplinar yanaşmaların tətbiqinə böyük ehtiyac var".
Məruzəçi xəstəliklərin başlanğıc mərhələsini aşkar edə bilən yeni skrininq metodların tətbiqinin vacib olduğunu xüsusi qeyd edib. Vurğulayıb ki, bu yanaşma həm xəstələrin yaşama müddətinin və sağalma ehtimalının artması, həm də iqtisadi səmərəlilik nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir.
O.Qasımov Biofizika İnstitutu və Milli Onkologiya Mərkəzinin birgə işləyib hazırladığı süni intellekt vasitəsilə ağciyər xərçənginin proqnozu üzrə aparılan işlərin uğurlu nəticələr verdiyini söyləyib: "Maşın öyrənməsi" fazasında sağlam və xəstə insanların qan plazmaları Furye Çevirici İnfraqırmızı spektrləri multivariat statistika vasitəsi ilə təsnif olunub, onun icrası yoxlanılıb, lazım gəldikdə optimallaşdırılıb. Maşın bu biliklərdən istifadə etməklə naməlum nümunələri multivariat statistika vasitəsi ilə təsnif edib proqnoz verir. İşlənib hazırlanan sistem sağlam insanları 80 faizə, ağciyər xərçəngi olan xəstələri isə 90 faizə qədər dəqiqliklə təyin edə bilir. Bu tədqiqatları davam etdirmək və maşın biliyinin həcmini artırmaqla təsnifatı daha da təkmilləşdirmək zəruridir".
Uşaqlarım lazım olan hər şeyi etdilər və çıxışlarını çox bəyəndi

Rusiyada yaşayan tanınmış azərbaycanlı milyarder övladları ilə bağlı

Batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib

Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb

Dünyanın ən böyük şeir portalı "Lyrikline"nin nəticələrinə

"EYOF Bakı 2019" XV-ci Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsind

Rusiyanın Volqoqrad vilayətində avtobusla bir avtomobilin toqquşması nətic

Azərbaycanda keçirilən gimnastika yarışlarında iştirak etmək həmişə x

148 xal toplayaraq, komandamız növbəti mərhələyə yüksəlib
