Şimali Koreya Rusiya gəmisini saxlayıb


Digərləri 24 İyl 2019 06:03:11 216 0

Şimali Koreya Rusiya gəmisini saxlayıb

Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb

Bakı. Şimali Koreya Rusiyaya məxsus balıqçı gəmisini saxlayıb. Trend-in məlumatına görə, hadisə iyulun 17-də dənizdə ov zamanı baş verib. Belə ki, Koreya sərhəd mühafizəçiləri Rusiyanın “Şimal-şərqi balıqçılıq şirkəti” MMC-yə məxsus “Syanxaylin-8” gəmisini saxlayıb. Gəmidə 17 dənizçi olub. Dənizçilərə gəmidən çıxmağa icazə verilmir.