Avstriyalı gimnast “EYOF Bakı 2019”-dakı çıxışı haqqında danışıb


Digərləri 24 İyl 2019 02:09:35 207 0

Avstriyalı gimnast “EYOF Bakı 2019”-dakı çıxışı haqqında danışıb

148 xal toplayaraq, komandamız növbəti mərhələyə yüksəlib

Bakı. Cani Babayeva - 148 xal toplayaraq, komandamız növbəti mərhələyə yüksəlib. Bunu Trend-ə Avstriya gimnastı Pol Şmoelçer "EYOF Bakı 2019" XV-ci Yay Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində idman gimnastika yarışlarında çıxışından sonra deyib. XV-ci Yay Avropa Gənclər Olimpiya Festivalındakı müsbət çıxışlarını qeyd edərək, o deyib: "Yaxşı çıxış etdim. Mən və komanda yoldaşlarım komanda yoldaşlarımızdan birinin finala çıxması üçün mümkün olan hər şeyi etdi. Komandamızdakı altı idmançının hamısı çox çalışdı. 148 xal qazandıq və növbəti mərhələyə keçdik." Şmoelçer vurğulayıb ki, bu onun Bakıya ilk səfəridir, o sabah şəhərə gedəcək və bütün görməli yerləri ziyarət edəcək. "Bakı çox gözəldir və ümid edirəm ki, şəhərin böyük bir hissəsini görərəm", o, deyib. Qeyd edək ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası üzrə yarışlara start verilib. İdman gimnastikası yarışlarının ilk günündə kişi gimnastlarımız mübarizə aparırlar. Onlar müxtəlif hərəkətlər və çoxnövçülükdə yarışırlar.