Ördək dimdikli dinozavr növü tapıldı


Digərləri 23 İyl 2019 23:55:00 232 0

Ördək dimdikli dinozavr növü tapıldı

Texas Texniki Universitetinin professoru Tom Lehmanın 1980-ci illərə söykənən araşdırması, yeni bir dinozavr növünün tapılmasını təmin etdi. Bu yeni növ ördək formasında bir dimdiyə sahibdir və otyeyən bir dinozavr olduğu bilinir. Elm insanları, yeni növ ilə birlikdə növün əvvəlini və sonrasını araşdıra biləcəklərini ifadə etdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Texasda olan Biq Band Milli Parkında, ördək dimdiyinə sahib, əskiksiz bir dinozavr skeleti tapıldı. Aquilarhinus palimentus adlı yeni növ, Sistematik Paleontologiya Jurnalında tanıdıldı.

Texas Texniki Universitetinin professoru Tom Lehman, 1980-ci illərdə (maqistraturada) Rattle Snake dağında daşların layları üzərinə araşdırmalar aparırdı və hava tərəfindən aşındırılmış sümüklərə rast gəldi. Lehman və yoldaşları, sümükləri araşdırmaq üçün götürsə də bəzi sümüklər bir-birinə yapışdığı üçün sümükləri araşdırmaq az qala qeyri-mümkün idi. 1990-cı illərdə aparılan araşdırma ilə, maraqlı bir çənə quruluşu da ortaya çıxarıldı.

O zamanlar Gryposaurus növünə aid olduğu düşünülən bu sümüklər, uzun bir müddət boyunca araşdırıldı və üzərinə işlər görüldü. Son ortaya çıxan məlumatlar isə, sümüklərin Gryposaurusdan daha primitiv olduğunu və ördək dimdiyinə sahib olan dinozavrlara aid olduqlarını ifadə etdi.