Qəbizliyin ən təhlükəli fəsadı


Digərləri 23 İyl 2019 23:25:00 269 0

Qəbizliyin ən təhlükəli fəsadı

Rusiya qastroenteroloqlar assosiasiyası alimləri sübut edir ki, xroniki qəbizlik yoğun bağırsaq xərçənginin riskini 4 dəfəyə (!) qədər artırır.

Yoğun bağırsaq orqanizmdən toksiki və kanserogen maddələri ifraz edən əsas orqandır. Bu maddələr bağırsaqdan hər gün xaric olunmalıdır. Qəbizlik zamanı bağırsaq vaxtında boşalmır, zəhərli maddələr burada yığılaraq bağırsağın divarının sağlamlığına mənfi təsir edir. Bu isə bağırsağın iltihabi xəstəlikləri və bağırsaq xərçənginin riskini artırır. Nəzərinizə çatdıraq ki, bu tez-tez təkrarlanan xroniki qəbizliyə aiddir.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlərin fikrinə görə, bağırsaqların normal işləməsi üçün insan hər gün 500 qr meyvə və tərəvəz yeməli, kifayət qədər su içməlidir.

Tanınmış qastroenteroloq professor Şemerovskiy qeyd edib ki, hər gün səhər yeməyindən sonra böyük bayıra çıxmaq yoğun bağırsağın sağlamlığı üçün ən vacib amildir.