"Ərazidən üç maşın şüşə sınığı yığdırdıq" Pirin nəzarətçisi FOTO


Digərləri 23 İyl 2019 23:26:00 82 0

"Ərazidən üç maşın şüşə sınığı yığdırdıq"  Pirin nəzarətçisi  FOTO

Pirlər, ziyarətgahlar hər zaman insanların ümid yeri olub. Bakının qəsəbələrində çox sayda ziyarətgahlar var ki, onlarla bağlı rəvayətlər bu günə qədər gəlib çıxıb. Və bu gün də insanlar həmin pirləri ziyarət edirlər.

Maştağada çox adamın baş çəkdiyi "Seyidlər qəbristanlığı" var. Ağacların arasında olan məzarlar qədim tarixə malikdir. Burada bir neçə seyid və onların yaxınları dəfn ediliblər. Qəbristanlığı ziyarət edəndə qəribə bir rahatlıq hiss edirsən.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, burada ən çox ziyarət olunan "8 qapı" piridir. Deyirlər ki, orada Aqil baba adlı seyidin doğuş zamanı dünyasını dəyişən qızı dəfn edilib. İnanclara görə, doğuş zamanı dünyasını dəyişən qadın şəhid hesab edilir, cənnətə düşür. Sonradan məzarın üzərində cənnət qapılarını əks etdirən "8 qapı" tikilib.

Çətinə düşənlər, sıxıntısı olanlar, qorxu yaşayanlar, hamilələr, uşağı ola bilməyənlər bu pirə pənah gətirirlər.

Pirə nəzarət edən və xüsusi dini ayinlərin keçirilməsində ziyarətçilərə yardım edən Mirtofiq Seyidrza oğlunun sözlərinə görə, hər gün onlarla adam pirə gəlir, ziyarət edir.

Pirdə səkkizinci qapının üzərində dəmir parçası var. Qapıları gəzib çıxan şəxslər 8-ci qapıdan çıxanda həmin dəmir parçasına döyürlər. Güya gözlənilmədən çıxan səs həmin şəxsi diksindirir və daxilində olan qorxuluğu çıxarır.

Seyid Mirtofiq kişi bizə pirin üzərində qoyulmuş dəmir parçası haqqında məlumat verir. Dediyinə görə, sovet dövründə belə yerlər qadağan idi. İnsanlar bu pirə az gəlirdilər. O vaxtlar pirə gələnlər şüşə sındırırdılar. 90-cı illərdən sonra pirə gələnlərin sayı artıb. Elə o vaxt başa düşüblər ki, burada ziyarətə gələnər üçün şüşə sındırmaq təhlükəlidir: "Burada o qədər şüşə qırığı vardı ki, deməklə dilə gəlməz. Biz o qırıqları maşınlarla daşıtdırdıq. Elə həmin vaxt cümə məscidinin axundlarına müraciət etdik. Dedik ki, şüşə sındırmağın qarşısını almaq lazımdır. Bu zaman yeni üsul ortaya gəldi - bu dəmirdöymə 1990-cı illərdən var".


Xəbərə aid fotolar

Qəbizliyin ən təhlükəli fəsadı like
  • 23 İyl 23:25  
Digərləri Qəbizliyin ən təhlükəli fəsadı

Rusiya qastroenteroloqlar assosiasiyası alimləri sübut edir ki, xroniki qəbi

arrow Ətraflı
Tramp yeni baş naziri təbrik etdi: "Möhtəşəm olacaq!" like
  • 23 İyl 23:23  
Dünya Tramp yeni baş naziri təbrik etdi: "Möhtəşəm olacaq!"

ABŞ prezidenti Donald Tramp Boris Consonu Böyük Britaniyanın yeni Baş nazir

arrow Ətraflı
“EYOF Bakı 2019”da iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib like
  • 23 İyl 23:21  
Digərləri “EYOF Bakı 2019”da iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib

Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçiriləcək

arrow Ətraflı
İlon Maskın beyində mikroçip yerləşdirmək fikri alimləri təşvişə saldı like
  • 23 İyl 23:20  
Digərləri İlon Maskın beyində mikroçip yerləşdirmək fikri alimləri təşvişə saldı

İlon Mask "Neuralink" adlanan növbəti yeni layihəsi haqda danış

arrow Ətraflı
Ölkədə qızılgümüşün like
  • 23 İyl 23:16  
Digərləri Ölkədə qızılgümüşün

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar? like
  • 23 İyl 23:15  
Digərləri Hənəfi məzhəbinə görə, nə qədər məsafədə səfər sayılar?

Səfər hökmləri ilə bağlı fiqh məzhəblərinin görüşləri fərqlidir.

arrow Ətraflı
Niyyəti ixlaslı etmək üçün nə edək? like
  • 23 İyl 23:10  
Digərləri Niyyəti ixlaslı etmək üçün nə edək?

Həzrət Peyğəmbər (s) buyurur: "Möminin niyyəti əməlindən daha üs

arrow Ətraflı
Bu dəri xəstəlikləri günəşi sevmir – like
  • 23 İyl 23:05  
Digərləri Bu dəri xəstəlikləri günəşi sevmir –

Yay fəslində insanlar dərilərini günəşdə qaraltmaqla həm möhkəmlənm

arrow Ətraflı
Gənc voleybolçu yeni fotolarını paylaşdı  FOTO like
  • 23 İyl 23:01  
Digərləri Gənc voleybolçu yeni fotolarını paylaşdı FOTO

ABŞ-ın Massaçusets ştatındakı "Uintrop" voleybol komandasının

arrow Ətraflı
Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ dəyişdi like
  • 23 İyl 23:00  
Digərləri Ölkədə qızıl-gümüşün QİYMƏTLƏRİ dəyişdi

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

arrow Ətraflı
14400 il əvvəl bişirilən dünyanın ən köhnə çörəyi  VİDEO like
  • 23 İyl 22:55  
Digərləri 14400 il əvvəl bişirilən dünyanın ən köhnə çörəyi VİDEO

İordaniyada aparılan qazıntıların nəticəsində dünyanın ən köhnə ç

arrow Ətraflı
Dişlərə ziyan vuran çaylar like
  • 23 İyl 22:50  
Digərləri Dişlərə ziyan vuran çaylar

Bern universitetini təmsil edən İsveçrə alimləri, dişlərin mina qatına

arrow Ətraflı
Meksikada qətllər rekord həddə çatıb like
  • 23 İyl 22:49  
Dünya Meksikada qətllər rekord həddə çatıb

Meksikada qətllər üzrə yeni rekord qeydə alınıb.

arrow Ətraflı
Tramp: ABŞ İranla "ən pisinə" hazırlaşır like
  • 23 İyl 22:48  
Dünya Tramp: ABŞ İranla "ən pisinə" hazırlaşır

Birləşmiş Ştatlarla İran arasında hərbi gərginlik artır. Hər iki ölk

arrow Ətraflı
Oğurluq etdiyi mağazanı yandıran Ağdam sakini saxlanıldı like
  • 23 İyl 22:46  
Digərləri Oğurluq etdiyi mağazanı yandıran Ağdam sakini saxlanıldı

İyulun 19-da Ağdam rayon sakini N.Rüstəmova məxsus, ümumi sahəsi 32 kvm o

arrow Ətraflı