Çindən sensasion qərar uyğurların


Dünya 23 İyl 2019 23:27:00 222 0

Çindən sensasion qərar  uyğurların

Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda yaşayan uyğurlarla türklərin heç bir bağlılığı yoxdur.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Çin Xalq Respublikasının mətbuat dəftərxanası tərəfindən dərc olunan Ağ kitab adlı hesabatda bildirilir. "Uyğurların türklərlə bir bağlılığı yoxdur, əksinə, tarixin erkən dönəmində türklərdən zərər gördülər və 10-cu əsrə qədər türk qəbilələrinin hücumlarına məruz qaldılar. Bundan əlavə, Şərqi Türküstan adlı dövlət heç bir vaxt mövcud olmayıb", - deyə hesabatda bildirilir.

Bundan əlavə, Ağ kitabda qeyd olunur ki, Çinin Sintszyan-Uyğur Muxtar Rayonunda uyğurlar İslam dinini könüllü şəkildə seçməyiblər: "Sintszyan-Uyğur Muxtar Rayonuna İslamın nüfuz etməsi Ərəb xilafətinin çiçəklənməsi və İslamın Qərbdən Şərqə yayılması ilə bağlıdır. Uyğurların İslam dininə keçməsi xalqın könüllü seçimi yox, dini zəmində müharibələrin nəticələri və hakim təbəqənin məcburi qərarları nəticəsində baş verib".

Qeyd olunur ki, bu məcburiyyət uyğurların İslam qaydalarına əməl etməyə dair hüquqlarını pozmur, lakin bu, tarixi fakt olaraq qalır.

"İslam uyğurların qədim və tək dini deyil", - deyə Ağ kitabda bildirilir.