“EYOF Bakı 2019”da iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib


Digərləri 23 İyl 2019 23:21:36 235 0

“EYOF Bakı 2019”da iştirak edəcək cüdoçularımızın rəqibləri müəyyənləşib

Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb

Bakı. Bakıda XV Avropa Gənclər Olimpiya Festivalı çərçivəsində keçiriləcək cüdo yarışlarının püşkü atılıb. Azərbaycan Cüdo Federasiyasından Trend-ə verilən məlumata görə, püşkatma mərasimində Avropa və Azərbaycan Cüdo federasiyalarının rəsmiləri, yeniyetmələrdən ibarət milli komandaların məşqçiləri, tanınmış cüdo mütəxəssisləri iştirak ediblər. Püşk nəticəsində milli komandamızın 4 qız və 8 oğlan idmançısının ilk rəqibləri müəyyənləşib. Qızlar arasında yarışlarda səkkizdəbir finalda Gülşən Bəşirova (44 kq) Mariya Qonzales (İspaniya), Səbinə Əliyeva (52 kq) Raquel Brito (Portuqaliya) ilə, on altıdabir finalda Aytac Qardaşxanlı (57 kq) Erika Vauhkonen (Finlandiya), səkkizdəbir finalda Nərmin Əmirli (70 kq) Yael Van Hemstlə (Hollandiya) mübarizə aparacaq. Oğlanların yarışında səkkizdəbir finalda İsmayıl Qənbərli (50 kq) Sergey Mastriukov (Rusiya), on altıdabir finalda Şükran Zamanlı (55 kq) Migel Gaqo (Portuqaliya), Turan Bayramov (60 kq) Kote Kapanadze (Gürcüstan) - Adam Safer (Avstriya) cütünün qalibi, səkkizdəbir finalda Mətin Rzazadə (66 kq) Pijus Mikalauskas (Litva) - Elguja Şinçaraşvili (Gürcüstan) qarşılaşmasının qalibi, Vüqar Talıbov (73 kq) Cianis Yauseyenka (Belarus) - Mustafa Həbib (Bosniya) cütünün qalibi, on altıdabir finalda Məhərrəm İmamverdiyev (81 kq) Vlad Topala (Rumıniya), Ruslan Nəsirli (90 kq) Borislav Vladov (Bolqarıstan), səkkizdəbir finalda Hüseyn Məmmədov (+90 kq) Daniel Udsilauri (Almaniya) ilə qarşılaşacaqlar.