İlon Maskın beyində mikroçip yerləşdirmək fikri alimləri təşvişə saldı


Digərləri 23 İyl 2019 23:20:00 255 0

İlon Maskın beyində mikroçip yerləşdirmək fikri alimləri təşvişə saldı

İlon Mask "Neuralink" adlanan növbəti yeni layihəsi haqda danışıb. Bu fikir iki il bundan əvvəl əmələ gəlmişdir. "Neuralink" tərəfindən hazırlanan qurğu insan beyninə implant edilərək, insanlara proqram təminatından istifadə etmək imkanı verəcək.

Son.az deyerler.org-a istinadən bildirir ki, "Neuralink" məhsulları yaddaş keyfiyyətini artırmağa, kompyuter və digər texnika ilə birbaşa əlaqə yaratmağa kömək edəcək. Bir neçə müddətdir ki, bu layihə haqda söhbətlər səngimişdir. Lakin indi, Mask bu sahədə yeni işlər görməyə başlayaraq, insan beyninə birləşdiriləcək implantların artıq 2010-cu ildə istifadə olunacağını bildirmişdir. "Biz ümidvarıq ki, növbəti ilin sonunadək mikroçipi insan beyninə yerləşdirməyə müvəffəq olacağıq. Bir qədər gözləmək lazımdır", - deyə İlon Mask "Neuralink" mətbuat konfransı çərçivəsində keçirilən görüşdə bildirmişdir.

İ.Maskın həyata keçirəcəyi layihə 100 milyon dollara başa gələcək. Layihənin həyata keçməsi üçün dünyanın aparıcı neyro alimləri cəlb edilmişdir. 4 millimetr həcmi olan implant, onlarla elektroda malik olan elastik iplər vasitəsi ilə beyində neyronları stimullaşdıracaq. İflic olmuş insanlar, qulağın arxasında yerləşdiriləcək qurğu sayəsində düşüncə gücü ilə kompyuterdə müəyyən işləri görərək, xarici dünyayla praktiki olaraq zehni vasitəsilə təmas qura biləcək.