Bu dəri xəstəlikləri günəşi sevmir –


Digərləri 23 İyl 2019 23:05:00 404 0

Bu dəri xəstəlikləri günəşi sevmir –

Yay fəslində insanlar dərilərini günəşdə qaraltmaqla həm möhkəmlənmək, həm D vitamini almaq, həm də xoşagəlimli bürüncü rəng əldə etmək istəyirlər. Amma Heç də hamının dərisinə gün faydalı deyil. Son illər elm adamları günəş şüalarının insan dərisinə mənfi təsiri barədə xəbərdarlıq edir: Aşırı gün şüası, ultrabənövşəyi şüalar vaxtından əvvəl qocalma, dermatoz, dəridə iltihabi proseslər, dəri xərçəngi melanomaya belə səbəb olur.

Son.az medicina.az-a istinadən hansı dəri xəstəliklərinin günəşi sevmədiyini təqdim edir. Bu problemləri olanlar ehtiyatlı olmalıdır.

-Ekzema

Çox geniş yayılmış dəri iltihabi xəstəliyi olub, dərinin səpməsi, qızarması, qıcıqlanması və qaşınmasıdır. Çox vaxt xroniki olur. Bəzən ilkin mərhələdə gün işığı və istiliyi dərinin ekzemalı sahələrinə müsbət təsir edir, bir şərtlə ki, insolyasiya dəqiq və lazımi miqdarda olsun. Çox hallarda isə isti hava və gün ekzemanın kəskinləşməsinə səbəb olur. Bu ona görə baş verir ki, dəri bu havada daha çox maye itirir, quruyur, zədələnir və infeksiyaya tutulma faizi artır, daha həssaslaşır.

Eləcə də isti havalarda xəstənin keçirdiyi stress, yuxusuzluq, susuzlaşma, allergenlər də ekzemanı kəskinləşdirir. Dermatoloqlar məsləhət görür ki, ekzemalı xəstələr gün altında uzun müddət olmasınlar, təbii parçadan rahat geyimlər seçsinlər, kondinsionerin qurutduğu havada yatmasınlar, tez-tez duş qəbul edin, xüsusi nəmləndiricilər çəksinlər. Daim yanlarında termal bədən spreyləri gəzdirsinlər. Qidalarına fikir versinlər.

-Herpes virusu

Dünya Səhiyyə Təşkilatının statistikasına görə, əhalinin 3də biri sadə herpes virusu tipinin daşıyıcısıdır. Elə adamlar var, zamanla bu virus dodaqda uçuqla özünü göstərir, elə insan var, orqanizmdə inaktiv, yəni yatmış vəziyyətdə olur. Yayda bu virusu aktivləşdirən səbəblərdən biri də ultrabənövşəyi şüaların təsiridir.   Ona görə yayda dodaqlara nəmləndirici gigiyenik vasitələr, SPF tərkibli balzamlar çəkmək lazımdır. Residivin qarşısını almaq üçün immunitet möhkəmlənməli, çox isti və gün altında olmaqdan qaçmalı, fiziki aktivlik göstərməli, yuxu rejimini qaydaya salmaq lazımdır.

-Rozasea - çəhrayı civzələr