Televizor yeniyetmələrin psixologiyasına daha çox mənfi təsir edir


Digərləri 23 İyl 2019 22:40:00 514 0

Televizor yeniyetmələrin psixologiyasına daha çox mənfi təsir edir

Adətən kompyuter oyunlarının uşaq psixologiyasına mənfi təsir etdiyi deyilir. Lakin yeni araşdırmanın nəticələri göstərmişdir ki, yeniyetmələrin televizordan və sosial şəbəkələrdən istifadəsi də onlar üçün təhlükə mənbəyi sayılır.

Son.az deyerler.org-a istinadən bildirir ki, yeni elmi işin müəllifləri orta yaş həddi 12 olan 825 yeniyetməni araşdırmaya dəvət etmişdir. Tədqiqat 4 il davam edib. Bu müddət ərzində onların televizor önündə və kompyuter arxasında keçirdikləri vaxt və məşğuliyyətləri nəzərə alınmışdır.

Məlum olmuşdur ki, uşaqlar sosial şəbəkələrdə çox vaxt keçirdikdə, onların depressiya halına düşməsi halı çox yüksək olur. Eyni zamanda kompyuter arxasında çox vaxt keçirən, oyun oynayan və tez-tez televizora baxan uşaqların da depressiya halına düşmək riski çoxdur. Kompyuter oyunlarının və televizorun uşaqlara necə mənfi təsir göstərdiyi haqqında sual uzun müddətdir ki, alimləri və valideynləri maraqlandırır.

Araşdırmaçıların bir qismi bu növ məşğuliyyətlərin uşaqlara müəyyən faydaları olduğunu bildirir. Bir neçə ay bundan öncə, Oksford Universitetinin psixoloqları və Yorkşir Universitetinin nümayəndələri qeyd olunan bu fikirləri təkzib etmişdir.