Oğurluq etdiyi mağazanı yandıran Ağdam sakini saxlanıldı


Digərləri 23 İyl 2019 22:46:00 233 0

Oğurluq etdiyi mağazanı yandıran Ağdam sakini saxlanıldı

İyulun 19-da Ağdam rayon sakini N.Rüstəmova məxsus, ümumi sahəsi 32 kvm olan mağazada yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla Quzanlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Hüseynovun həmin mağazadan oğurluq etməsi, daha sonra yanğını törətməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Hüseynov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.