Tramp: ABŞ İranla "ən pisinə" hazırlaşır


Dünya 23 İyl 2019 22:48:00 222 0

Tramp: ABŞ İranla "ən pisinə" hazırlaşır

Birləşmiş Ştatlarla İran arasında hərbi gərginlik artır. Hər iki ölkə söz müharibəsi də aparır.

ABŞ prezidenti Donald Tramp Ağ Evdə müxbirlərə bildirib ki, Vaşinqton İrandan "ən pisinə" hazırdır.

"Onlar həqiqətən də dünyada bir nömrəli terror ölkəsidir," deyə Tramp bazar ertəsi Oval Ofisdə Pakistanın baş naziri İmran Xanla görüşdən sonra deyib.

Tramp əlavə edib ki, İranın addımları və hörmətsizliyi onun Tehranla danışıq aparmasını çətinləşdirir.

"Onlar bunu etməməli idi. Bu, istənilən istiqamətdə gedə bilər," o deyib.

ABŞ prezidentinin bu sözləri İran 17 ABŞ casusunu ələ keçirib, onların bəzilərini ölümə məhkum etdiyini bildirərək, Qərblə gərginliyi daha da artırmasından bir neçə saat sonraya təsadüf edib. İranın Kəşfiyyat Nazirliyinin açıqlamasında casusların son bir il ərzində ələ keçirildiyi və onların ordu və nüvə təsisləri kimi gizli yerlərdən ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CIA) üçün məlumat topladığı iddia olunub.

İranın əks-kəşfiyyat rəsmisi daha sonra bildirib ki, Birləşmiş Ştatlardan yüksək səviyyəli təlim keçmələrinə baxmayaraq, casuslardan heç biri İran təsislərini sabotaj edə bilmyib. Televiziyada həmçinin casuslarla əlaqəsi olduğu iddia olunan CIA zabirtlərinin fotoları yayımlanıb.

Tramp və ABŞ-ın dövlət katibi Mayk Pompeo İranın iddialarını rədd edib.