Meksikada qətllər rekord həddə çatıb


Dünya 23 İyl 2019 22:49:00 254 0

Meksikada qətllər rekord həddə çatıb

Meksikada qətllər üzrə yeni rekord qeydə alınıb.

2019-cu ilin ilk yarısında öldürülənlərin sayı ötən illə müqayisədə 5.3 faiz artıb.

Qətllərin başlıca səbəbi kimi bəzi ştatlarda kartel və qanqster zorakılıqlarının çoxalması göstərilir.

Təkcə iyun ayında Meksikada 3,080 adam qətlə yetirilib.

Ötən ilin eyni ayı ilə müqayisədə bu rəqəm 8% yüksəkdir.

125 milyonluq əhalisi olan ölkədə hər gün orta hesabla 100 qətl baş verir.