Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb


Digərləri 23 İyl 2019 22:16:00 237 0

Azərbaycanda bu günədək 3 milyon tondan çox taxıl yığılıb

Respublika ərazisində taxıl biçini davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, iyulun 22-nə olan operativ məlumata əsasən, ölkə ərazisində 991792,3 hektar ərazidə taxıl biçini aparılıb, 337740 hektar ərazidə arpa, 654052,3 hektar ərazidə buğda biçini başa çatıb.

Bu günədək cəmi taxıl sahələrinin 97,6%-i biçilib. Ümumilikdə bu günədək ölkə üzrə 3116469 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,4 sentner təşkil edir.

Abşeron, Ağdam, Ağdaş, Ağsu, Ağstafa, Astara, Ağcabədi, Balakən, Bərdə, Biləsuvar, Beyləqan, Cəlilabad, Cəbrayıl, Füzuli, Naftalan, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Tərtər, Tovuz, Qax, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Ucar, Yevlax, Göyçay, Qəbələ, Siyəzən və Neftçalada taxıl biçini başa çatıb. Qobustan, Xaçmaz, Qusar, Oğuz və Şəki rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Qobustan ərazisində arpa əkilmiş 9382 hektar sahənin 9262 hektarı artıq biçilib, buğda əkilmiş 22258 hektar sahənin 20113 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 23,7 s/ha, buğda üzrə məhsuldarlıq 25,3 s/ha təşkil edir. Xaçmaz ərazisində arpa əkilmiş 5786 hektar sahə artıq biçilib, buğda əkilmiş 19223 hektar sahənin 19114 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 30,0 s/ha, buğda üzrə məhsuldarlıq 34,8 s/ha təşkil edir. Naxçıvan Muxtar Respublikasında, Şəmkir, Quba və Qusar rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib:

Rayon

Buğda

Arpa

Cəmi sahə, ha

Biçilib, ha

Məhsuldarlıq

Cəmi sahə, ha

Biçilib, ha

Məhsuldarlıq

Naxçıvan MR

24729

19659

24,4

8579

6973

29,3

Abşeron

307

307

14,6

761

741

12,5

Ağdam

12228

12228

39,0

2215

2215

35,5

Ağdaş

4273

4273

25,0

11630

11630

24,1

Ağcabədi

22503

22503

37,1

6672

6672

32,7

Ağsu

20400

20400

32,9

15955

15955

31,0

Balakən

1215

1215

28,0

458

458

28,7

Beyləqan

10666

10666

35,2

1765

1765

29,2

Bərdə

9041

9041

44,3

2601

2601

38,9

Biləsuvar

13557

13557

32,0

16456

16456

30,5

Cəbrayıl

2430

2430

35,0

550

550

30,5

Cəlilabad

54908

54908

37,1

4509

4509

35,2

Füzuli

28459

28459

31,7

8505

8505

29,0

Goranboy

8764

8210

31,0

13750

13750

29,0

Göyçay

8740

8740

30,0

6851

6851

30,5

Hacıqabul

25925

21615

19,3

11008

10358

30,3

Xaçmaz

19223

19114

34,8

5786

5786

30,0

İmişli

12716

12716

38,7

6322

6322

34,2

İsmayıllı

23200

23200

36,3

6173

6173

31,1

Kürdəmir

18120

18120

34,5

29926

29926