Yanacaq tankeri avtomobillə toqquşdu


Dünya 23 İyl 2019 22:17:00 263 0

Yanacaq tankeri avtomobillə toqquşdu

İranın şimalında yerləşən Mazandaran vilayətinin Tonekabon rayonunda dizel yanacağı aparan tanker "Pride" markalı avtomobillə toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Mazandaran vilayəti Tonekabon Təcili Tibbi Hallar Mərkəzinin direktoru Nima Nejad Müqəddəm deyib.

N.Nejad Müqəddəmin sözlərinə görə, yanacaq tankeri avtomobilin üzərinə aşıb. Nəticədə avtomobilin 4 sərnişini həlak olub.